| 5 | GEN 1:5 | Allah işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, birinci gün idi. |
| 10 | GEN 1:10 | Allah qurunu «yer», su yığınlarını isə «dənizlər» adlandırdı. Allah gördü ki, bu, yaxşıdır. |
| 16649 | PRO 7:4 | Hikmətə de: «Bacımsan», İdraka söylə: «Yaxın dostumsan». |
| 18909 | ISA 60:18 | Ölkəndən zorakılıq, Sərhədlərindən viranəlik, Qırğın xəbəri gəlməyəcək. Divarlarını «Xilas», Darvazalarını «Həmd» adlandıracaqsan. |
| 18928 | ISA 62:4 | Artıq sənə «atılmış», Ölkənə «viranə qalmış» deməyəcəklər. Əvəzinə sənə «sevdiyim», Ölkənə isə «ərli» deyiləcək. Çünki Rəbb səni sevəcək, Ölkən də ərli sayılacaq. |
| 28886 | 2CO 1:18 | Allahın sədaqətinə and olsun ki, sizə çatdırdığımız xəbər gah «bəli», gah da «xeyr» deyil. |
| 28887 | 2CO 1:19 | Sila və Timoteylə birlikdə sizə vəz etdiyimiz Allahın Oğlu İsa Məsih həm «bəli», həm də «xeyr» deyil. Onda yalnız «bəli» var. |
| 30919 | REV 9:11 | Dibsiz dərinliyin mələyi onların üzərində padşahlıq edirdi; onun adı ibranicə «Avaddon», yunanca «Apollion» idi. |