Wildebeest analysis examples for:   azb-azb   R    February 24, 2023 at 23:40    Script wb_pprint_html.py   by Ulf Hermjakob

2  GEN 1:2  Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı.
35  GEN 2:4  Rəbb Allahın göyləri və yeri yaratmasının hekayəti belədir: Rəbb Allah göyləri və yeri yaradanda
36  GEN 2:5  yer üzündə heç bir bitki yox idi, heç bir çöl otu da bitmirdi, çünki Rəbb Allah yer üzünə hələ yağış göndərməmişdi və torpağı becərən insan da yaranmamışdı.
38  GEN 2:7  Rəbb Allah yerin torpağından insanı düzəltdi və onun burnuna həyat nəfəsi üfürdü. Beləcə insan canlı varlıq oldu.
39  GEN 2:8  Sonra Rəbb Allah şərqdə yerləşən Edendə bir bağ saldı və düzəltdiyi insanı orada yerləşdirdi.
40  GEN 2:9  Rəbb Allah torpaqda gözəl görünüşlü və yemək üçün şirin meyvəli cürbəcür ağaclar yetirdi. O həmçinin bağın ortasında həyat ağacını və xeyirlə şəri bilmə ağacını bitirdi.
46  GEN 2:15  Rəbb Allah insanı götürüb Eden bağına qoydu ki, oranı becərsin və saxlasın.
47  GEN 2:16  Rəbb Allah insana əmr edib dedi: «Bağdakı bütün ağacların bəhrəsindən istəyəndə yeyə bilərsən.
49  GEN 2:18  Rəbb Allah yenə dedi: «İnsanın tək olması yaxşı deyil, Mən ona münasib olan bir köməkçi yaradacağam».
50  GEN 2:19  Rəbb Allah bütün çöl heyvanlarını və göydəki bütün quşları torpaqdan düzəltdi. Sonra onları insanın yanına gətirdi ki, onun bunları necə adlandıracağını görsün. İnsan hər heyvana hansı adı qoydusa, o cür də adlandı.
52  GEN 2:21  O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasının birini götürdü və yerini ətlə örtdü.
53  GEN 2:22  Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi.
57  GEN 3:1  Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi. İlan qadına dedi: «Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?»
64  GEN 3:8  Onlar günün sərinliyində bağda gəzişən Rəbb Allahın səsini eşitdilər. Adəm və onun arvadı Rəbb Allahın hüzurundan qaçıb bağdakı ağacların arasında gizləndilər.
65  GEN 3:9  Rəbb Allah Adəmi səsləyib dedi: «Haradasan?»
67  GEN 3:11  Rəbb Allah dedi: «Kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?»
69  GEN 3:13  Rəbb Allah qadına dedi: «Sən niyə belə etdin?» Qadın dedi: «İlan məni yoldan çıxartdı, mən də yedim».
70  GEN 3:14  Rəbb Allah ilana dedi: «Sən bunu etdiyin üçün Bütün ev heyvanları və çöl heyvanları arasında Lənət qazanırsan. Qarnın üstündə sürünəcəksən, Bütün ömrün boyu torpaq yeyəcəksən.
72  GEN 3:16  Sonra Rəbb Allah qadına dedi: «Hamilə olanda sənə Çox əziyyət verəcəyəm, Uşaqlarını ağrı içində doğacaqsan. Ərinə meylli olacaqsan, O sənə ağalıq edəcək».
73  GEN 3:17  Sonra Rəbb Allah Adəmə dedi: «Arvadının sözünə qulaq asdığın üçün, Qadağan etdiyim, “meyvəsini yemə” dediyim Ağacdan yediyin üçün Sənə görə torpaq lənətlənir. Ömrün boyu zəhmətlə Torpaqdan yemək əldə edəcəksən.
77  GEN 3:21  Onda Rəbb Allah Adəmlə arvadı üçün dəridən paltar düzəltdi və onlara geyindirdi.
78  GEN 3:22  Sonra Rəbb Allah dedi: «Budur, insan xeyirlə şərin nə olduğunu bilərək bizlərdən biri kimi oldu. Qoy indi əlini uzadaraq həyat ağacının meyvəsindən dərib yeməsin və əbədi yaşamasın!»
79  GEN 3:23  Rəbb Allah insanı Eden bağından çıxartdı ki, o özünün də bir qismindən götürüldüyü torpağı becərsin.
80  GEN 3:24  Rəbb Allah insanı qovdu. O, Eden bağının şərqinə keruvlarını və hər tərəfə fırlanan odlu qılıncını qoydu ki, həyat ağacına gedən yolu qorusunlar.
81  GEN 4:1  Adəm arvadı Həvva ilə yaxınlıq etdi və Həvva hamilə olub Qabili doğdu. Həvva dedi: «Rəbbin köməyi ilə bir insan qazandım».
83  GEN 4:3  Bir müddət keçəndən sonra Qabil torpağın bəhrəsindən Rəbb Allaha təqdim gətirdi.
84  GEN 4:4  Habil də sürüsündə ilk doğulan heyvanlardan bir neçəsini və onların piyini təqdim etdi. Rəbb Habili və onun təqdimini qəbul etdi,
86  GEN 4:6  Rəbb Qabilə dedi: «Niyə qəzəblənmisən? Niyə qaşqabağını sallamısan?
89  GEN 4:9  Sonra Rəbb Qabildən soruşdu: «Qardaşın Habil haradadır?» O dedi: «Bilmirəm, məgər mən qardaşımın keşikçisiyəm?»
90  GEN 4:10  Rəbb dedi: «Sən nə etdin? Qardaşının qanının səsi torpaqdan Mənə fəryad edir.
93  GEN 4:13  Qabil Rəbbə dedi: «Cəzam çəkə biləcəyimdən daha artıqdır.
95  GEN 4:15  Rəbb ona dedi: «Xeyr! Kim Qabili öldürsə, ondan yeddi qat intiqam alınacaq». Rəbb Qabilə bir əlamət qoydu ki, ona rast gələn kəs onu öldürməsin.
96  GEN 4:16  Beləcə Qabil Rəbbin hüzurunu tərk etdi və Eden bağından şərqdə – Nod torpağında yaşamağa başladı.
106  GEN 4:26  Şetin də bir oğlu oldu və adını Enoş qoydu. O zaman insanlar Rəbbin adını çağırmağa başladı.
135  GEN 5:29  O dedi: «Bu oğul Rəbbin lənətlədiyi torpağı becərəndə çəkdiyimiz əziyyətlərdə, əlimizin zəhmətində bizə təsəlli verəcək». Buna görə də onun adını Nuh qoydu.
141  GEN 6:3  Rəbb dedi: «Mənim Ruhum insanda əbədi qalmayacaq, çünki onlar ancaq bədəndir. Onların ömrü yüz iyirmi il olacaq».
143  GEN 6:5  Rəbb gördü ki, yer üzündəki insanların şər əməlləri çoxdur və hər zaman onların ürəyindəki fikirlər və niyyətlər pisliyə doğru yönəlir.
145  GEN 6:7  Rəbb dedi: «Yaratdığım insanları yer üzündən siləcəyəm, bunu insanlarla birgə heyvanların, sürünənlərin və quşların da başına gətirəcəyəm, çünki onları yaratmağıma peşman olmuşam».
146  GEN 6:8  Ancaq Nuh Rəbbin gözündə lütf tapdı.
161  GEN 7:1  Rəbb Nuha dedi: «Sən bütün ailənlə birgə gəmiyə gir, çünki bu bəşər nəsli içində yalnız səni önümdə saleh gördüm.
165  GEN 7:5  Rəbb Nuha necə əmr etmişdisə, o da hər şeyi eləcə yerinə yetirdi.
176  GEN 7:16  Allahın Nuha əmr etdiyi kimi bütün canlılardan erkək və dişi heyvanlar gəmiyə girdilər. Onların dalınca Rəbb gəminin qapısını örtdü.
183  GEN 7:23  Rəbb yer üzündə olan bütün canlıları məhv etdi: insanlardan tutmuş heyvanlara, sürünənlərə və göydəki quşlara qədər hər şey yer üzündə məhv oldu. Yalnız Nuh və onunla birgə gəmidə olanlar sağ qaldı.
204  GEN 8:20  Nuh Rəbbə bir qurbangah düzəltdi. O hər cür pak heyvandan və pak quşdan götürüb orada yandırma qurbanı təqdim etdi.
205  GEN 8:21  Bundan Rəbbə xoş ətir qalxdı və Rəbb ürəyində dedi: «Cavanlığından bəri insan ürəyinin fikirlərinin həmişə pis olmasına baxmayaraq, insanlara görə bir daha yer üzünü lənətləməyəcəyəm. İndi elədiyim kimi bütün canlıları bir daha məhv etməyəcəyəm.
232  GEN 9:26  Yenə dedi: «Samın Allahı Rəbbə alqış olsun, Kənan ona qul olsun.
238  GEN 10:3  Qomerin oğulları: Aşkenaz, Rifat və Toqarma.
242  GEN 10:7  Kuşun oğulları: Seva, Xavila, Savta, Raama və Savteka. Raamanın oğulları: Səba və Dedan.
244  GEN 10:9  Nəmrud Rəbbin önündə mahir bir ovçu idi, buna görə də xalqın arasında «Rəbbin önündə Nəmrud kimi mahir ovçu» sözü deyilir.
246  GEN 10:11  O bu torpaqdan Aşşur torpağına köçüb, Ninevanı, Rexovot-İri, Kelahı,
247  GEN 10:12  Nineva ilə böyük şəhər olan Kelahın arasındakı Reseni tikdi.
272  GEN 11:5  Rəbb bəşər övladlarının tikdiyi şəhəri və qülləni görmək üçün aşağı endi.
273  GEN 11:6  Rəbb dedi: «Budur, onların hamısı bir xalqdır və bir dilləri var. Buna görə də bu işi görməyə başlamışlar və indi etmək istədikləri işə heç kəs mane olmayacaq.
275  GEN 11:8  Rəbb onları oradan bütün yer üzünə yaydı. Onlar şəhəri tikməyi dayandırdı.
276  GEN 11:9  Buna görə də o yerin adına Babil dedilər, çünki orada Rəbb bütün dünyadakı adamların dilini qarışdırdı və onları bütün yer üzünə yaydı.
285  GEN 11:18  Peleq otuz yaşında olanda oğlu Reu doğuldu.
286  GEN 11:19  Reu doğulandan sonra Peleq iki yüz doqquz il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
287  GEN 11:20  Reu otuz iki yaşında olanda oğlu Seruq doğuldu.
288  GEN 11:21  Seruq doğulandan sonra Reu iki yüz yeddi il yaşadı. Onun çoxlu oğlu və qızı oldu.
300  GEN 12:1  Rəbb İbrama dedi: «Öz torpağından, qohumlarının arasından, ata evindən çıx, sənə göstərəcəyim torpağa get.
303  GEN 12:4  İbram Rəbbin ona söylədiyi kimi oradan çıxdı. Lut da onunla birgə getdi. Xarandan çıxdığı vaxt İbram yetmiş beş yaşında idi.
306  GEN 12:7  Rəbb İbrama görünüb dedi: «Bu torpağı sənin nəslindən olana verəcəyəm». İbram ona görünən Rəbbə orada bir qurbangah düzəltdi.
307  GEN 12:8  Buradan Bet-Elin şərqində yerləşən dağlıq yerə tərəf yola düşdü və burada çadır qurdu. Çadırdan qərbdə Bet-El, şərqdə isə Ay şəhəri idi. İbram orada da Rəbbə bir qurbangah qurdu və Rəbbin adını çağırdı.
316  GEN 12:17  Ancaq Rəbb İbramın arvadı Saraydan ötrü fironun və onun ev adamlarının başına böyük fəlakətlər gətirdi.
323  GEN 13:4  İbram ilk vaxt düzəltdiyi qurbangahın yanına çatdı və orada Rəbbin adını çağırdı.
329  GEN 13:10  Lut başını qaldırıb İordan çayının kənarındakı düzənliyi gördü. O vaxt bu yer Misir torpağı kimi bütünlüklə Soara qədər suvarılırdı və Rəbbin bağı kimi idi. Rəbb hələ Sodom və Homorranı məhv etməmişdi.
332  GEN 13:13  Sodomun əhalisi çox pozğun idi və Rəbbə qarşı çoxlu günah edirdi.
333  GEN 13:14  Lut İbramdan ayrıldıqdan sonra Rəbb İbrama dedi: «Başını qaldırıb dayandığın yerdən şimala, cənuba, şərqə və qərbə tərəf bax.
337  GEN 13:18  İbram çadırını götürdü və gəlib Xevronda olan Mamre palıdının yanında məskən saldı. O burada Rəbbə bir qurbangah düzəltdi.
342  GEN 14:5  On dördüncü il Kedorlaomer və onunla birgə olan padşahlar gəlib Aşterot-Qarnayimdə Rafalıları, Hamda Zuzluları, Şave-Qiryatayimdə Emliləri,
359  GEN 14:22  Ancaq İbram Sodom padşahına dedi: «Göy və yeri yaradan Allah-Taala Rəbbin dərgahına and üçün əlimi qaldırıram ki,
362  GEN 15:1  Bir müddət sonra İbrama görüntüdə Rəbbin bu sözü nazil oldu: «Ey İbram, qorxma. Sənin qalxanın Mənəm. Mükafatın çox böyük olacaq».
363  GEN 15:2  İbram dedi: «Ey Xudavənd Rəbb, mənə nə verəcəksən? Mənim övladım yoxdur, evimin sahibi bu Dəməşqli Eliezer olacaq».
365  GEN 15:4  Ona Rəbbin bu sözü nazil oldu: «O sənin varisin olmayacaq, öz belindən gələn övladın sənin varisin olacaq».
366  GEN 15:5  Rəbb onu bayıra çıxarıb dedi: «Göyə bax, oradakı ulduzları saya bilərsənsə, say». Yenə dedi: «Nəslin o qədər olacaq».
367  GEN 15:6  İbram Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı.
368  GEN 15:7  Rəbb İbrama dedi: «Bu torpağı sənə irs olaraq vermək üçün səni Xaldeylilərin Ur şəhərindən çıxaran Mən Rəbbəm».
369  GEN 15:8  İbram soruşdu: «Ya Xudavənd Rəbb, onu irs olaraq alacağımı necə bilim?»
370  GEN 15:9  Rəbb ona dedi: «Mənim üçün bir üçyaşlı düyə, bir üçyaşlı keçi, bir üçyaşlı qoç, həmçinin bir qumru və bir göyərçin balası gətir».
374  GEN 15:13  Rəbb İbrama dedi: «Yəqin bil ki, nəslin yad ölkədə qərib olacaq, orada olan millətə köləlik edəcək və onlara dörd yüz il zülm ediləcək.
379  GEN 15:18  O gün Rəbb İbramla əhd bağlayıb dedi: «Misir çayından böyük Fərat çayına qədər uzanan bu torpaqları –
381  GEN 15:20  Xetlilərin, Perizlilərin, Rafalıların,
384  GEN 16:2  Saray İbrama dedi: «Bax Rəbb mənim bətnimi bağladı ki, uşağım olmasın. Qarabaşımla yaxınlıq et, qoy o mənim üçün uşaq doğsun». İbram Sarayın sözünə qulaq asdı.
387  GEN 16:5  Saray İbrama dedi: «Mənim təhqir olunmağıma sən səbəb oldun. Mən qarabaşımı sənin qoynuna verdim, o da hamilə olduğunu görəndə mənə həqarətlə baxmağa başladı. Qoy səninlə mənim aramda Rəbb hökm etsin».
389  GEN 16:7  Rəbbin mələyi Şur yolundakı çöldə olan bulağın yanında onu tapdı.
391  GEN 16:9  Rəbbin mələyi ona dedi: «Xanımının yanına qayıt və ona tabe ol».
392  GEN 16:10  Rəbbin mələyi sözünə davam etdi: «Sənin nəslini lap çoxaldacağam, çoxluğuna görə sayı-hesabı bilinməyəcək».
393  GEN 16:11  Sonra Rəbbin mələyi ona dedi: «Bax sən hamiləsən, Bir oğul doğacaqsan. Onun adını İsmail qoyarsan, Çünki Rəbb əziyyət içində fəryadını eşitdi.
395  GEN 16:13  Həcər onunla danışan Rəbbi «Sən El-Roisən» adlandırdı, çünki o söyləmişdi: «Doğrudan da, burada məni görən Allahı gördüm».
396  GEN 16:14  Buna görə də həmin bulaq Beer-Laxay-Roi adlanır. O, Qadeşlə Beredin arasında yerləşir.